Ailə H.Z.Tağıyev adına Toxuculuq Fabrikinin yataqxanasında daxma boyda bir otaqda yaşayır. Şəhidin valideyinləri neçə illərdir müəllim maaşı ilə birtəhər dolanırlar. Ailəyə pul yardımı etmək istəyənlər olub, amma şəhidin valideynləri bunu qəbul etməyib.
Lakin ailənin qaldığı yer şəkillərdən də göründüyü kimi çox acınacaqlıdır. Yeməyi də bu otaqda yeyirlər, yatmağa da bu otaqda yatırlar, qonağı da bu otaqda qarşılayırlar.
Şəhidin ailəsinə başsağlığına gələnləri ev darısqal olduğundan çöldə qarşılayırlar.xa0(big.az)

































































































