Məşədi Dadaş məscidindən Pasxa yardımı: \

Məşədi Dadaş məscidindən Pasxa yardımı: \"Biz bir Vətənin övladlarıyıq\" – VİDEO

Hazırda oxunan: Məşədi Dadaş məscidindən Pasxa yardımı: \"Biz bir Vətənin övladlarıyıq\" – VİDEO

131466

Məşədi Dadaş Məscidi Pasxa bayramı münasibətilə yardım aksiyası keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin “Facebook” səhifəsində məlumat verilib.

Məscid tərəfindən Pasxa bayramını qeyd edən paytaxt sakinlərinə bayram sovqatı paylanılıb.

“Son illər mübarək Ramazan ayı və Pasxa bayramı üst-üstə düşür. Müsəlmanlar kimi, xristianlar da oruc tutur. Onlar artıq bu gün bayram edirlər. Biz də qərara gəldik ki, qardaşlarımızı bu şəkildə təbrik edək. Bu adət bizə sevimli, əziz müəllimimiz Hacı Şahindən qalıb. Məşədi Dadaş məscidi əvvəllər də belə yardım aksiyaları keçirib” – deyə məscidin nümayəndələri qeyd ediblər.
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO