Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi - FOTO

Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi - FOTO

Hazırda oxunan: Xocalı soyqırımı qurbanlarının xatirəsinə 613 ağac əkildi - FOTO

13146

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Astara və Lerik rayonlarında faciə qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları keçirilib.

Bizim.Media xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına əməl olunmaqla keçirilən aksiya zamanı Ələt-Astara avtomobil yolunun Astara şəhərinə aid hissəsində, Lənkəran-Lerik avtomobil yolunun Piran kəndi ərazisində və Lerik rayonunun müxtəlif ərazilərində 113 sərv, 100 girdəyarpaq birgöz, 200 göyrüş, 200 dəmir ağacı olmaqla, ümumilikdə 613 ağac əkilib.

Əkilmiş ağaclar Xocalı şəhərində erməni terroru nəticəsində soyqırımına məruz qalan şəhidlərimizi simvolizə edir.

Qanlı terror qurbanlarının sayı qədər torpağa əkilən ağaclar, qədirbilən xalqımız tərəfindən şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyinin və heç zaman unudulmayacağının təzahürüdür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO