Ermənistanın əsirlərimizlə bağlı PLANININ İFŞASI – “Azərbaycan bu məsələdə əsla alver etməyəcək” 

Ermənistanın əsirlərimizlə bağlı PLANININ İFŞASI – “Azərbaycan bu məsələdə əsla alver etməyəcək” 

Hazırda oxunan: Ermənistanın əsirlərimizlə bağlı PLANININ İFŞASI – “Azərbaycan bu məsələdə əsla alver etməyəcək” 

131450

Ermənistan sonuncu yola əl atdı. Bütün insani dəyərləri və beynəlxalq hüququ ayaqlar altına atan rəsmi İrəvan dumanlı havada azıb Ermənistan ərazisinə keçən 2 Azərbaycan hərbçisinin geri qaytarılmasından boyun qaçırdı.

Halbuki, son 30 ildə belə hallar tez-tez baş verib. Və qarşı tərəflər müvafiq qaydada yolunu azıb, təsadüf nəticəsində başqa ölkənin ərazisinə keçən mülki şəxsləri və hərbçiləri qeyd-şərtsiz geri qaytarıblar. 

Amma Ermənistan höküməti bu ənənəni pozdu. Hərbçilərimizi nəinki geri qaytarmadı, üstəlik onların üzərindən siyasi oyunlar qurmaq yolunu tutdu. 

Əslində baş verənlər erməni xislətinə heç də yad deyil. Ermənilər tarix boyu öz siyasətlərini çirkin və şərəfsiz oyunlar üzərində qurublar. Bu dəfəki addım da Ermənistanın Azərbaycanla sülh sazişi imzalamaq istəyindən çox-çox uzaq olduğunu göstərir. Ermənilər öz ağalarının göstərişi ilə mövcud status-kvonu saxlamağa çalışır. Baxmayaraq ki, mövcud status-kvo ermənilərin milli maraqlarına qətiyyən uyğun deyil.
Azərbaycanla bağlanacaq sülh Ermənistanın həm iqtisadi dirçəlişinə yol aça bilər, həm də bölgəyə davamlı sülh gətirə bilər. Amma bölgədə davamlı sülh nə Rusiyanın, nə İranın, nə də ki Qərbin maraqlarına uyğundur.

Ermənistan da hər zaman yuxarıda adlarını çəkdiyimiz ağalarının maraqlarının ifadəçisi kimi çıxış edərək öz maraqlarını bir kənara atıb. Görünən odur ki, hərbçilərimizə cinayət işinin açılmasının arxasında çox çirkin oyunlar dayanır.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən politoloq Tural İsmayılov Ermənistanın iyrənc bir siyasi xətt tutduğunu bildirib:
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanda əsir götürülmüş əsgərlərimizlə bağlı Britaniyaya müraciət OLUNDU


“Ermənistan bir tərəfdən sülhlə bağlı açıqlamalar verir. Digər tərəfdən isə humanitar məsələlərlə bağlı qəliz, çətin və şantaj xarakterli siyasət həyata keçirir. Yada salaq ki, hava şəraitinin pisliyi ilə əlaqədar həm mülki, həm də hərbçi ermənilər dəfələrlə yolunu azaraq bizim tərəfə keçib.

Amma Azərbaycan təsadüf nəticəsində ərazilərimizə keçmiş ermənilər üzərindən siyasi oyunlar qurmayıb, onlara qarşı hansısa cinayət işi başlatmayıb. Və qısa zamanda həmin ermənilər ölkələrinə geri təhvil verilib. 

Amma son baş verənlər göstərir ki, Ermənistan Azərbaycana qarşı ikinci “Dilqəm-Şahbaz” ssenarisini gerçəkləşdirmək istəyir. Ona görə də 2 əsgərimiz ətrafında qondarma cinayət işi şousuna başlayıb. Burda ermənilərin digər hədəfi Azərbaycanda konkret cinayətlər törətmiş erməni hərbçilərinin dəyişdirilməsinə nail olmaqdır”. 
Politoloq əminliklə vurğulayıb ki, bu məsələdə Azərbaycan ermənilərlə əsla alver etməyəcək:

“Ona görə də Ermənistan qeyd-şərtsiz 2 hərbçimizi dərhal geri qaytarmalıdır. Və ermənilər nəzərə almalıdır ki, anoloji hadisə hər an təkrarlana bilər. Hansısa mülki və yaxud hərbçi erməni təsadüfən Azərbaycan ərazisinə keçə bilər. Həmin adamların taleyi ilə qabaqcadan oynamaq istəmirsə, Ermənistan 2 hərbçimiz üzərində qurduğu şounu dayandırmalı və onları geri qaytarmalıdır”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO