“Mənə verilən məlumata görə jurnalistlər Azərbaycanda yaşayan Ermənistan müdafiə nazirinin bacısını da tapıblar. Xocalı soyqırımı törədən insanın bacısı digər vətəndaşlar kimi Azərbaycanda yaşayır. Xalqımızın əxlaqı budur.”
Bizim.Media xəbər verir ki, yaponiyalı jurnalistin sualını cavablandırarkən bunu deyən Prezident İlham Əliyev əlavə edib ki, azərbaycanlılar sülhməramlıların nəzarətində olan torpaqlara da qayıdacaqlar.
MÖVZU İLƏ BAĞLI:
“Rusiya, İran və Türkiyə rəhbərləri ilə bir mövqedəyik” - İlham Əliyev
“Proses bir qədər zaman tələb edəcək. Xocalıya da qayıdacağıq. Süni əngəllər yaratmaq istəyən Ermənistan ancaq özünə zərbə vura bilər.
Xocalı yaraları heç vaxt sağalmayacaq, heç vaxt bu soyqırımı unutmayacağıq. Vaxt lazımdır. Bunu anlayır və heç kimin tələsdirmək istəmirik.
Bütün həssaslığı başa düşərək bir də demək istəyirəm ki, istədiklərimizə nail olmaq üçün müdrik olmalıylıq və addımları vaxtında atmalıyıq.
II Qarabağ müharibəsində əldə olunan qələbə bunu təsdiqlədi”.- deyə ölkə başçısı cavabını bitirib.
Bizim.Media