Hansı deputatlar bayramda iftar süfrəsi təşkil edəcək? – SORĞU 

Hansı deputatlar bayramda iftar süfrəsi təşkil edəcək? – SORĞU 

Hazırda oxunan: Hansı deputatlar bayramda iftar süfrəsi təşkil edəcək? – SORĞU 

131429

Qarşıdan müsəlmanların müqəddəs bayramlarından olan Ramazan bayramı gəlir. Bu dövrdə imkanlı müsəlmanlar iftar süfrəsi açırlar. 

Görəsən, Milli Məclisin deputatları necə, bayramda iftar süfrəsi açmağı planlaşdırırlarmı? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında deputat Azər Badamov iftar süfrəsi açmaq fikrində olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Qənirə Paşayevanın təklifinə Fəzail Ağamalıdan CAVAB – “Birinci özü addım atsın, sonra biz də qoşulaq” – SORĞU 


“Ramazan Bayramında dünya müsəlmanları oruc tutur. Bununla da onlar Allaha bel bağladıqlarını ifadə edirlər. Təbii ki, bayramda iftar süfrəsi də açılır. Oruc tutan insanları iftar süfrəsinə dəvət edirlər. Mənim də bayramda iftar süfrəsi açmaq fikrim var.

Onu nə vaxt açacağımız, neçə nəfərin dəvət olunacağı əsas deyil. Əsas məsələ məsələyə ürəkdən yanaşmaqdır. İftar süfrəsi açıb, oruc tutan insanları, şəhid ailələrini, qaziləri süfrəyə dəvət etmək böyük şərəfdir”. 

Deputat Ceyhun Məmmədov da bu istiqamətdə aktivlik göstərən millət vəkillərindəndir:

“Əlbəttə, açacağıq. Ramazan Bayramı İslamın iki əsas bayramından biridir. Ailəmlə birlikdə bayramı qeyd etməyi planlaşdırıram. İftar süfrələri adətən bayrama qədər açılır. Bu dövrdə isə tələbələrim, yaxın dostlarım üçün belə mərasimləri təşkil etmişəm və təşkil etməyi planlaşdırıram. Çünki Ramazanın ənənələrindən biri də iftar süfrələrinin təşkili və imkansız insanlara yardım edilməsidir”. 

Deputat Anar İsgəndərov də bir neçə dəfə iftar süfrəsi təşkil edib:

“Masallıda Məşhur Məmmədov, Musa Qasımlı, Cavanşir Paşazadə, Fəzail İbrahimli və mənim iştirakım ilə şəhid ailələri və qazilər olmaqla 600 nəfərə iftar süfrəsi vermişik. Ayrılıqda isə şəxsən seçildiyim Masallı dairəsinin hər bir şəhid ailəsində olmuşam. Ehtiyacı olan ailələrə də mümkün olanı etmişik”.
Deputat Naqif Həmzəyev isə belə məsələlərə cavab vermədiyini, daha ciddi məsələlərlə məşğul olduğunu bildirdi.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO