Fidandan daha bir möhtəşəm nəticə - FOTO

Fidandan daha bir möhtəşəm nəticə - FOTO

Hazırda oxunan: Fidandan daha bir möhtəşəm nəticə - FOTO

131412

Tam təqaüdlə MİT-in bakalavr səviyyəsinə qəbul olan Fidan Qarayeva növbəti uğura imza atıb. Belə ki, o, 13-19 aprel tarixlərində Sloveniyanın Portoroz şəhərində təşkil olunan 12-ci Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) qızıl medala layiq görülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 57 ölkədən 213 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 1 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar.

Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Qarayeva qızıl, Türkiyə Dəyanət vəqfi Bakı türk liseyinin X sinif şagirdi Sevinc Mahmudova bürünc medala, həmin liseyin XI sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı isə “Həvəsləndirici mükafat” sertifikatına layiq görülüblər.
Qeyd edək ki, Fidan Qarayeva 42 mümkün baldan hamısını toplayaraq yarışda ən yüksək nəticə göstərən 14 iştirakçıdan biri olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO