Azərbaycanda ehtiyatdan çağırılan hərbçilərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Azərbaycanda ehtiyatdan çağırılan hərbçilərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Azərbaycanda ehtiyatdan çağırılan hərbçilərlə bağlı RƏSMİ AÇIQLAMA - FOTO

131397

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, "N" hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin təlim toplanışı keçirilir.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, ehtiyatdan çağırılan hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.

Hərbi vəzifəlilərin cəlb olunduğu toplanışın əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını öyrətməkdir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO