Qubada tarixi abidələrə səyahət günü KEÇİRİLİR - FOTO

Qubada tarixi abidələrə səyahət günü KEÇİRİLİR - FOTO

Hazırda oxunan: Qubada tarixi abidələrə səyahət günü KEÇİRİLİR - FOTO

131358

18 Aprel-Tarixi Abidələr və Tarixi Yerlər günü ilə əlaqədar Quba şəhərindəki" Quba Soyqırım Memorial  Kompleksində  "Abidələrimizi tanıyaq, tanıdaq" adlı layihə həyata keçirilir.

Kompleksin mətbuat katibi Abutalıb Turabovun Bizim.Media-ya verdiyi məlumata görə, aprel ayı ərzində Qubanın və ölkənin bir çox qədim tarixi abidələri haqqında posterlər hazırlanıb.

Bu barədə həm kompleksə gələn insanlara məlumat verilir, həm də sosial şəbəkələrdə paylaşım edilib.

Bildirilib ki, layihə ay ərzində davam edəcək.

"Layihədə məqsəd insanları və izləyiciləri ölkəmizin qədim-tarixi keçmişi, abidələri ilə daha yaxından tanış edib maraqlı bilgiləri çatdırmaqdır",- deyə A.Turabov qeyd edib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO