“Dayanıqlı sülh üçün bundan artıq nailiyyətə imza atmamalıyıq” - İlham Əliyev 

“Dayanıqlı sülh üçün bundan artıq nailiyyətə imza atmamalıyıq” - İlham Əliyev 

Hazırda oxunan: “Dayanıqlı sülh üçün bundan artıq nailiyyətə imza atmamalıyıq” - İlham Əliyev 

13134

“Biz davamlı sülhə nail olmaq istəyirik. Bu Ermənistanla əməkdaşlıq üçün yeganə yoldur. Bunun üçün hamını 10 noyabr bəyanatı ilə tanış olmağa dəvət edirik.

II Qarabağ savaşı zamanı da bütün müsahibə və bəyanatlarımda Ermənistanın rəhbərinə bildirirdim ki, qoşunlarını ərazilərimizdən nə vaxt çıxarsa müharibə dayanacaq. Hər zaman səmimi olmuşuq və müharibənin dinc yolla həll edilməsi ilə bağlı bütün danışıqlarda iştirak etmişik”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri ölkə başçısı İlham Əliyev keçirdiyi mətbuat konfransında xarici jurnalistin sualını cavablandırarkən səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Zəngilan logistika mərkəzi olacaq...” – Ölkə başçısı 


Prezident qeyd edib ki, davamlı sülhə nail olmağın yeganə yolu Ermənistanın 10 noyabr bəyanatına sadiqlik nümayiş etdirməsidir:

“Rusiya və Ermənistan rəhbəri ilə birgə bıyanat qəbul ediləndən sonra müharibəni dərhal dayandırdım. Hamı bilirdi ki, müharibə davam etsəydi, daha ağır itkilər ola bilərdi.

Dayanıqlı və davamlı sülhün yolu birgə əməkdaşlıqdır. Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır.

Bu baş tutsa, ermənilər bundan mənfəət əldə edəcək. Hər hansı revanş və qisas cəhdi olarsa, Azərbaycan tərəfi bunu cəzalandıracaq. Hər hansı qisas cəhdləri olmamalıdır. Ermənistan 10 noyabr bəyanatına addım-addım icra etməlidir”. 

Ölkə başçısı hazırda işğaldan azad edilən Zəngəzur istiqamətdə Azərbaycan ordusunun olmadığını bildirib:

“Orada Azərbaycanın dövlət sərhəd xidməti var. Heç bir gərginlik yoxdur. Dinc həyat hökm sürür. Orada erməni silahlı qüvvələri də yoxdur.

Biz öz sərhədimizdə dayanmışıq və erməni əhalisinə qarşı zərərli addımlar atmırıq. Hətta böyük plakat asmışıq ki, Azərbaycana xoş gəlmisiniz.

Anlamıram ki, bu Ermənistanda qıcıq yaradır. Bunu hamı görməlidir ki, ora Azərbaycan ərazisidir. Dayanıqlı sülh üçün bundan artıq nailiyyətə imza atmamalıyıq. Biz özümüzə məxsus olanları qaytarmışıq”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO