Səlim Müslümovun məhkəməsi TƏXİRƏ SALINDI 

Səlim Müslümovun məhkəməsi TƏXİRƏ SALINDI 

Hazırda oxunan: Səlim Müslümovun məhkəməsi TƏXİRƏ SALINDI 

131333

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb. 

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrlik etdiyi prosesin təxirə salınmasına səbəb vəkillərin vəsatəti olub. 

Hakim deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər bu günə təyin olunan prosesin təxirə salınmasını istəyiblər. 
Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər. 

Buna görə də proses aprelin 28-dək təxirə salınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO