Bakıda şadlıq saraylarında qiymətlər BAHALAŞDI 

Bakıda şadlıq saraylarında qiymətlər BAHALAŞDI 

Hazırda oxunan: Bakıda şadlıq saraylarında qiymətlər BAHALAŞDI 

131309

2023-cü ilin mart ayında Bakıda şadlıq saraylarında sifarişlərin sayı 67.4 faiz azalıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 

Məlumata görə, bunun əsas səbəbi mart ayının 22-dən etibarən Ramazan ayının başlaması və bayram günlərinin sayının çox olması ilə bağlıdır.  

Bununla yanaşı şadlıq saraylarında mart ayında qiymətlər 8.4 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiymət artımı daha çox olub: 11.4 faiz. 

Qiyməti 40-80 manat olan menyuların qiyməti 7.6 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6.3 faiz artım qeydə alınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO