Fərid Şəfiyev:

Fərid Şəfiyev: "Azərbaycan Qarabağ ermənilərinə bütün imtiyazlardan istifadə etmələrinə təminat verir"

Hazırda oxunan: Fərid Şəfiyev: "Azərbaycan Qarabağ ermənilərinə bütün imtiyazlardan istifadə etmələrinə təminat verir"

131273

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində mübahisəli məsələlərdən biri də Qarabağ ermənilərinin taleyi ilə bağlıdır. Ermənistan tərəfi Qarabağa xüsusi statusun verilməsində israrlıdır. Azərbaycan Qarabağ üçün istənilən ərazi status verilməsini gələcək münaqişəyə aparan yol kimi görür və Azərbaycan Konstitusiyasına uyğun olaraq, ermənilərə hüquq və təhlükəsizlik təminatları təklif edir.

Bizim.Media xəbər verir ki, bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan-Ermənistan sülh danışıqları üzrə vəziyyətlə bağlı hazırladığı təhlil xarakterli hesabatında yer alıb.

BMTM-nin İdarə Heyətinin sədri bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyi və ölkənin diplomatik nümayəndələri beynəlxalq arenada, müxtəlif forumlarda və müxtəlif təşkilatlarda islahedici ayrılma və “Arsaxın müstəqilliyi” məsələsini tez-tez qaldırırlar.
Qeyd edilir ki, Azərbaycan Qarabağ ermənilərinin hər bir vətəndaşımıza aid olan bütün hüquq və imtiyazlardan istifadə etmələrinə təminat verir.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO