Qarabağın bərpasına həsr olunmuş konfrans KEÇİRİLİB - FOTO

Qarabağın bərpasına həsr olunmuş konfrans KEÇİRİLİB - FOTO

Hazırda oxunan: Qarabağın bərpasına həsr olunmuş konfrans KEÇİRİLİB - FOTO

131270

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin Şamaxı rayonunda yerləşən kompleksində “İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində Qarabağ iqtisadi rayonunda Prezidentin Səlahiyyətli Nümayəndəsinin ofisi, İqtisadiyyat Nazirliyi, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatşılığı ilə keçirilən konfransda ölkəmizin dövlət qurumlarının, aparıcı elm-təhsil müəssisələrinin mütəxəssisləri iştirak ediblər.

Tədbirin açılış mərasimində Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərli, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Şamaxı Rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış ediblər. 

Konfransın ilk sessiyasında Prezidentin Qarabağ iqtisadi rayonundakı işğaldan azad edilmiş ərazilərdə Xüsusi nümayəndəsi Emin Hüseynov “Qarabağ İqtisadi Rayonuna daxil olan ərazilərdə görülən işlər və investisiya imkanları”, Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq məcburi köçkünlərin məşğulluq məsələləri”, İqtisadiyyat Nazirliyinin “İşğaldan azad edilmiş ərazilərin bərpası” şöbəsinin müdiri Zamin Bədirxanlı “İşğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli biznes və investisiya mühiti”, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “İşğaldan azad edilmiş ərazilərdə Kiçik və Orta Biznesə dövlət dəstəyi imkanları” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun moderatorluğu ilə məruzələr ətrafında geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.

Konfransın ikinci sessiyasında Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifovun “Qarabağ və Şərqi Zəngəzurda əsas kapitala investisiyalar: yeni regional statistik mənzərənin astanasında”,  Sahibkarlığın inkişafı fondu İdarə Heyətinin sədri Osman Xalıyevin “İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq subyektlərinə maliyyə dəstəyi”, İqtisadi Zonaların İnkişafı Agentliyi İdarə Heyəti sədrinin müavini Elkiyar Ziyadovun “İşğaldan azad edilmiş ərazilərdə sənayenin inkişaf imkanları”, İqtisadiyyat İnstitutunun “Post-konflikt ərazilərin bərpası” Elmi Mərkəzinin rəhbəri Azər Səfərovun “İnvestisiyalar haqqında müasir elmi konsepsiyalar və post-konflikt ərazilərin bərpası problemi” mövzusunda məruzələri dinlənilib.

Sonra İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Tərbiz Əliyevin  moderatorluğu ilə məruzələr ətrafında geniş müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.


Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO