Kimlər fitrə zəkatı verə bilməz? – İlahiyyatçıdan AÇIQLAMA

Kimlər fitrə zəkatı verə bilməz? – İlahiyyatçıdan AÇIQLAMA

Hazırda oxunan: Kimlər fitrə zəkatı verə bilməz? – İlahiyyatçıdan AÇIQLAMA

131262

11 ayın sultanı Ramazan barış, bölüşmək ayıdır. Bu ayda insanlar təkcə mədələrini oruc etmirlər, həm də nəfislərinə qadağalar qoyurlar. Orucluğun bir fəlsəfəsi də odur ki, insanlar ən azından ildə bir ay qazandıqlarını gizlətməməlidirlər. Və bu bir ayda qazandıqlarının müəyyən hissəsini kasıblarla bölüşməlidirlər. Buna islamda fitrə deyirlər. Fitrə verməksə hər bir oruc tutana yox, hər bir imkanlıya vacibdir. 

Bəs, kimlər imkanlı sayılır?

Bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Çünki, bütün dövlətlərdə olduğu kimi bizdə də yoxsulluğu müəyyən edən meyarlar var. Məsələn, Azərbaycan dövləti 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını 246 manat müəyyən edib. Bu o deməkdir ki, minimum ehtiyacları ödəmək üçün ailənin hər bir üzvünün ən azı bu qədər aylıq gəliri olmalıdır.

Əgər ailə üzvlərinin fərdi gəlirləri bundan aşağıdırsa, onda həmin ailə yoxsul sayılır və bu şəxslər dövlətdən əlavə yardım almaq hüququna malikdirlər. Bu minvalla 4 nəfər ailənin aylıq gəliri 1000 manata çatmırsa demə o imkansız sayılır. Və bu adamların fitrə verməsi vacib deyil.

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən ilahiyyatçı Tural İrfan deyir ki, bu il fitrə 3 kiloqram dənli bitkilərin qiyməti dəyərində müəyyən edilib:

“Yəni ailə üzvünün hər birnin adından3 kiloqram buğda və yaxud digər dənli bitkinin dəyərində fitrə ayrılıb bayramdan əvvəl imkansız insanlara verilməlidir. Ən əsası bu fitrə elə tərzdə verilməlidir ki, qarşı tərəf bundan inciməsin, bunu bir bayram payı kimi qəbul etsin. Fitrə-zəkat bayramdan ona görə qabaq verilməlidir ki, bayram günü bütün imkansızların da evində qazan qaynasın, ac insan qalmasın”. 

İlahiyyatçı onu da qeyd edir ki, 3 kiloqram dənli bitki dəyəri fitrənin minimum həddidir:

“İmkanı olan kəslər daha çox fitrə verə bilər. Məsələn, Türkiyədə çox görmüşük ki, imkanlı adamlar bir yük maşınını un kisələri ilə doldurub, imkansız ailələrə paylayır. Bizdə də bu ənənəni formalaşdırsaq yaxşı olardı. Doğrudur, bəzi adamlar bayram günü uşaq evlərinə, ahılların və ruhi xəstələrin qaldığı pansionatlara yardım aparırlar. Bu da yaxşı əməldir. Amma imkanlı adamın 10-15 manat fitrə verməsi yaxşı deyil. İmkanlı adamlar bu günlər daha çox səxavətli olmalıdırlar. Əslində bu Orucluğun bəlli fəlsəfəsidir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO