İşdən çıxarılan Arzu Rəhimov: “Kim qanunvericiliyi pozursa...”

İşdən çıxarılan Arzu Rəhimov: “Kim qanunvericiliyi pozursa...”

Hazırda oxunan: İşdən çıxarılan Arzu Rəhimov: “Kim qanunvericiliyi pozursa...”

131257

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bizim.Media manset.az-a istinadən xəbər verir ki, general-polkovnik Arzu Rəhimovla əlaqə saxlayıb.

O, vəzifəsindən azad edilməsinə münasibət bildirib:

“Cənab Prezident məni işdən azad edibsə, deməli belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Mən xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq”.

Əməkdaşımızın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi sualına sabiq xidmət rəisi qısa cavab verib:

“Qardaşım, biz hüquqi dövlətdə yaşayırıq. Kim ki, qanunvericiliyimizi pozursa qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır”.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO