Qanunsuzluqlara görə 15 vəzifəli şəxs CƏRİMƏLƏNDİ

Qanunsuzluqlara görə 15 vəzifəli şəxs CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Qanunsuzluqlara görə 15 vəzifəli şəxs CƏRİMƏLƏNDİ

131250

Sənayedə və dağ-mədən işlərində texniki müayinələr zamanı müəyyən edilmiş 16 qayda pozuntusunda inzibati xətanın əlamətləri aşkar olunduğu üçün 1 hüquqi və 15 vəzifəli şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-in 2023-cü ilin birinci rüb ərzində sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinə dair hesabatında bildirilib.

Qeyd olunub ki, hesabat dövrü ərzində təhlükə potensiallı obyektlərdə istismar olunan 1894 qurğu və avadanlıq üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri təsdiq olunub və həmin qurğu və avadanlıqlar texniki təhlükəsizlik serifikatları ilə təmin edilib.
Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər tərəfindən hazırlanmış 18 təhlükə potensiallı obyektin texniki təhlükəsizlik bəyannamələri üzrə keçirilmiş texniki təhlükəsizlik ekspertizalarının rəyləri müvafiq qaydada Agentlik tərəfindən təsdiq edilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO