Soyuq hava şəraiti bitkilərin məhsuldarlığına necə təsir göstərəcək? – FOTO   

Soyuq hava şəraiti bitkilərin məhsuldarlığına necə təsir göstərəcək? – FOTO   

Hazırda oxunan: Soyuq hava şəraiti bitkilərin məhsuldarlığına necə təsir göstərəcək? – FOTO   

131249

Mart ayında olduğu kimi apreldə də Şimal-Qərb bölgəsində havaların qeyri-sabit keçməsi meyvə ağaclarının məhsuldarlığının aşağı düşməsinə səbəb ola bilər. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aprel ayı başlayandan Şimal-Qərb bölgəsində havaların qeyri-sabit keçməsi ərik, alça, gilas kimi ağacların tozlanma prosesinə mənfi təsir göstərir.

AMEA-nın Şəki regional elmi bazasının baş aqronomu İlqar Seyidzadə hazırkı hava şəraitinin daha çox çəyirdəkli meyvələrin məhsuldarlığına təsir göstərəcəyini deyir.

Mərkəzin baş aqronomu qeyd edir ki, çəyirdəkli meyvələrdən olan alça artıq tozlanma prosesini başa vurub:

“Soyuq, yağıntılı hava şəraiti davam edərsə, digər çəyirdəkli meyvələr - şaftalı, albalı və gilasın da məhsuldarlığı azala bilər. Ərikdən sonra şaftalı, şaftalıdan sonra isə albalı, gilas, daha sonra isə alma və armud ağacları çiçək açır və tozlanır”.

Florası və faunası zəngin olan bölgələrdə yetərincə dərman bitkiləri yetişir. Regional mərkəzin əməkdaşı Yevgeniya Bəkirova hesab edir ki, havaların qeyri-sabit keçməsi müalicəvi bitkilərin inkişaf və yetişməsini əngəlləməklə yanaşı həm də onların tərkibinin minerallarla zənginləşməsinə öz mənfi təsirini göstərir.  

Beş ildir ki, bölgədə yetişən dərman bitkiləri ilə bağlı araşdırma aparan Yevgeniya Bəkirova indiyə kimi 350-ə yaxın dərman bitkisinin seleksiya prosesini öyrənib. 

AMEA regional elmi mərkəzin mütəxəssisləri onu da diqqətə çatdırırlar ki,  rütubətli hava şəraiti eləcə də yağışın yağması bölgə rayonlarında yetişən çəyirdəkli meyvələrin - gilas, albalı, alça, o cümlədən armud ağaclarında dəmgil xəstəliyinin əmələ gəlməsinə şərait yaradır.

“Bu xəstəlik yarpaqların, meyvələrin üzərinə ləkə salmaqla həm onların zahiri görünüşünə, həm də dadının pisləşməsinə və  keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu xəstəlik meyvədəki vitaminləri də azaldır”.

Baş aqronom İlqar Seyidzadə bildirir ki, soyuq hava şəraiti taxılçılığa və tərəvəz bitkilərinin məhsuldarlığına o qədərdə təsir göstərməyəcək. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO