Qəbələ xəstəxanasındakı ölüm ilə bağlı cinayət işi BAŞLANDI - FOTO

Qəbələ xəstəxanasındakı ölüm ilə bağlı cinayət işi BAŞLANDI - FOTO

Hazırda oxunan: Qəbələ xəstəxanasındakı ölüm ilə bağlı cinayət işi BAŞLANDI - FOTO

131188

Şəxsin xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Qəbələ rayon prokurorluğundan Bizim.Media-ya verilən xəbərə görə, İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qəbələ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
İbtidai istintaq davam edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO