Leonardo da Vinçinin anası azərbaycanlı olub? – TARİXİ FAKTLAR 

Leonardo da Vinçinin anası azərbaycanlı olub? – TARİXİ FAKTLAR 

Hazırda oxunan: Leonardo da Vinçinin anası azərbaycanlı olub? – TARİXİ FAKTLAR 

131186

Rusiya mətbuatında dahi italiyalı rəssam, “Mona Liza”nın müəllifi Leonardo da Vinçinin anasının qafqazlı olduğu ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı, italyan yazıçısı və ədəbiyyat professoru Karlo Veççe Florensiya Dövlət Arxivində Leonardonun anadan olmasından təxminən altı ay sonra, 1452-ci ilin noyabrında bir qadının azad edilməsinə dair imzalanmış sənəd aşkar edib.

Sənəddə qeyd olunub:

“Notariusda onun Yakov (Yaqub) adlı çərkəz şahzadəsinin qızı olduğu yazılıb. Sənədi gələcək rəssamın atası notarius Pyer da Vinçi imzalayıb. Katerina adlı qadın Qafqazdan Venesiya vasitəsilə Florensiyaya qul kimi gətirilib. Toskana şəhərində o, toxucu işləyib".

Bu faktın üzə çıxması rəssamın anasının azərbaycanlı olması ehtimalını gündəmə gətirib.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı araşdırma aparan tarixçi alim, dosent Zaur Əliyev bir sıra faktları üzə çıxarıb:

“Məsələ ilə bağlı ingilis tarixçi Simon Hevittin "Leonardo da Vinçi və Qiyamət” kitabında yazılıb:

"İtalyan rəssam Leonardo Da Vinçinin əslən Xəzər dənizi hövzəsində yaşamış türklərdəndir. XV əsrdə Milanda qızılı saçlı qadınlara nadir hallarda rast gəlinirdi, bunu hər kəs bilirdi, amma qəribə qarşılanırdı" .

Tarixçi Hevittin kitabı haqqında rəydə yazılır ki, “Hevtit Leonardonun, Asiyadan Qara dəniz və Avropaya yayılan qızılı saçlı insanların – Xəzər türklərinin nəslindən gəlməsindən şübhələnir”.

Bu rəy "The Guardian" qəzetində də dərc edilib.

İnternetdə axtarış zamanl tarixçi Robin Maksvellin “Xanım da Vinçi” adlı kitabı haqqında müəllif yazısına rast gəldim. Həmin yazıda qeyd edilir ki, da Vinçinin soy-kökü haqqında Maksvelin araşdırmalarının nəticəsi olaraq, rəssamın anasının Xəzər bölgəsindən olduğu iddia edilir.
Daha maraqlı bir yazı Luici Kapasso adlı alimin yazısıdır. O iddia edir ki, Leonardo da Vinçinin 52 əsərində onun 200-ə yaxın barmaq izlərinin qalıqlarını araşdırıblar. Rəssamın barmaq izlərinin 60 faizində ərəblərə, habelə Cənubi Qafqaz və ya Ön Asiyada yaşayan müsəlmanlara məxsus səciyyəvi ünsürlər aşkarlanıb. Qeyd edim ki, Kapasso Çeti Universiteitinin Antropoliji Tədqiqatlar İnstitutunun direktorudur.

Kanadalı alim Luis Baff Perrin "National Library and Archives" mövzusunda keçirilən beynəlxalq konfrans zamanı çıxışında aşağıdakı sözləri deyib: 

“O vaxt Asiyadan İtaliyaya gətirilən bütün qadın kölələrə Katerina adı verilirdi. Uzun illər boyu apardığım araşdırmalar nəticəsində qəti qənaətim budur ki, Leonardo da Vinçinin anası Katerina müsəlman olub, indiki Türkiyənin Anadolu bölgəsinə yaxın yerdə doğulub. Bir qədər dəqiq olsaq, həmin yer Azərbaycandır. Bunu dəqiqləşdirmək üçün Azərbaycana səfər də etmişdim və orada qənaətimin doğruluğuna bir daha əmin oldum”.

Qeyd edim ki, bu konfrans Azərbaycan və Türkiyə səfirliklərinin birgə dəstəyi ilə keçirilib. Çox heyf ki, konfransda Azərbaycan alimləri dəvət edilməyib.

Bu barədə Fəridə Məmmədova “Exo”ya müsahibəsində qeyd edib ki, Osmanlı imperiyası dövründə quldarlıq olmayıb. Bu, inkişaf etmiş feodalizm, intibah dövrü idi. O, elmin, texnikanın, ədəbiyyatın, mədəniyyətin çiçəklənmə dövrüdür. Şərqdə isə köləlikdən danışmaq düzgün olmazdı.

Eyni zamanda, tarixçi Leonardo da Vinçinin anasının quvernator (Ev baxıcısı) kimi Avropaya gətirildiyini də istisna etmir. O qeyd edir ki, bu kifayət qədər adi bir hadisə idi.

Oksford Universitetinin sənət tarixi üzrə fəxri professoru Martin Kempin sözlərinə görə, Leonardonun anası Katerina di Meo Lippi olub. O da İtaliyaya Xəzər sahillərindən gəlib”.
Məlumat üçün bildirək ki, Leonardo da Vinçi (1452-1529) təkcə rəssam kimi deyil, eyni zamanda ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, heykəltəraş, memar, musiqiçi və yazıçı kimi tanınır. “İkinci minilliyin adamı” seçilən da Vinçinin adı tarixə 100 ən çox öyrənilmiş şəxsiyyətləri siyahısına da daxil edilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO