İTV Çingiz Mustafayevi və Xocalı şəhidlərini canlandırdı – “Ordumuz qisasımızı aldı” - VİDEO

İTV Çingiz Mustafayevi və Xocalı şəhidlərini canlandırdı – “Ordumuz qisasımızı aldı” - VİDEO

Hazırda oxunan: İTV Çingiz Mustafayevi və Xocalı şəhidlərini canlandırdı – “Ordumuz qisasımızı aldı” - VİDEO

13116

İctimai televiziya Xocalı soyqırımı ilə əlaqədar yeni video-çarx hazırlayıb.

Bizim.Media xəbər verir ki, video rolikdə Azərbaycanın milli qəhrəmanı Çingiz Mustafayev və 26 fevralda şəhid olmuş Xocalı sakinləri canlandırılıb. 

Kadrlarda Çingiz Mustafayev o gecə şəhid olmuş uşağa:

“Qaldır üzünü, üzünü qaldır. Ay Allah. Gəl, qorxma, qorxma, Ordumuz qisasımız aldı”, sözlərini deyir. Bundan sonra bütün Xocalı şəhidləri yerlərindən qalxaraq Çingizin arxasıyca, günəşə doğru gedirlər.

Orijinal ssenari ilə çəkilən video çarxda 44 günlük Vətən müharibəsində Müzəffər ordumuzun qazandığı qələbə xüsusilə qeyd olunub.

Sözügedən videonu təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO