Abşeronda zəncirvari QƏZA - Ölən var

Abşeronda zəncirvari QƏZA - Ölən var

Hazırda oxunan: Abşeronda zəncirvari QƏZA - Ölən var

131127

Abşeron rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan qolunda “Daşlı yamac” adlandırılan ərazidə baş verib. 

Əbilov İlkin Məmməd oğlu tərəfindən idarə edilən “Opel Combo” markalı, 77-XN-342 dövlət qeydiyyat nişanlı, Mürvətov Səxavət Qüdrət oğlu tərəfindən idarə edilən “Vaz 2107” markalı, 90-VZ-093 dövlət qeydiyyat nişanlı və Zeynalova Sevinc Vilayət qızının idarə etdiyi “Nissan Micra” markalı,77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə nəticəsində “Nissan Micra” markalı, 77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zeynalova Sevinc Vilayət qızı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılarkən yolda almış olduğu xəsarətlərdən ölüb.
Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO