Bakıda Pakistan vətəndaşlarını oğurlayan şəxslər tutulub - YENİLƏNİB

Bakıda Pakistan vətəndaşlarını oğurlayan şəxslər tutulub - YENİLƏNİB

Hazırda oxunan: Bakıda Pakistan vətəndaşlarını oğurlayan şəxslər tutulub - YENİLƏNİB

131124

Pakistan vətəndaşlarını oğurlayaraq pul tələb edən şəxslər tutulub.

Bizim.Media xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, əməli törətməkdə şübhəli şəxslər saxlanılaraq istintaqa cəlb olunub.

Hazırda zəruri istintaq hərəkətləri aparılır.

*** 09:28

Bakıda Pakistan vətəndaşları oğurlanıb.

Bizim.Media xəbər verir ki, Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları “H.Əliyev adına Beynəlxalq Hava Limanı”nda qarşılayıb.

Sonra onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər. 
O cümlədən, kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollarını və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa, azad edilmələri müqabilində onlardan əlavə olaraq 20 min ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.

Faktla bağlı 1 Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO