Azərbaycan ordusu Dığ kəndi yaxınlığında 13 post qurub

Azərbaycan ordusu Dığ kəndi yaxınlığında 13 post qurub

Hazırda oxunan: Azərbaycan ordusu Dığ kəndi yaxınlığında 13 post qurub

131091

Aprelin 11-də erməni birləşmələri tərəfindən Zəngəzurun Dığ kəndi (hazırda “Tex” adı ilə Ermənistanın Kafan rayonunun tərkibinə daxildir - red.) ərazisində açdığı təxribat xarakterli atışmadan sonra vəziyyət sabitləşib.

Bizim.Media xəbər verir ki, hazırda tərəflər mövqelərini gücləndirirlər.

Erməni analitiklər 11 aprel hadisəsinin arxasında Rusiyanın dayandığını iddia edirlər. “Azadlıq” radiosunun erməni xidmətinin məlumatına görə, atəş açılandan üç gün sonra hər iki tərəf mühəndis-istehkam işlərini bərpa edib.

Yerli Ağsaqqallar Şurasının rəhbəri Arqam Ovsepyan bildirib ki, tərəflər toqquşmadan əvvəl tutduqları mövqelərində qalırlar.

Xatırladaq ki, martın 28-dən 29-na keçən gecə Azərbaycan ordusu Dığ kəndi yaxınlığında yeni mövqelər tutub. Bu yerdəyişmə yeni Laçın yolunun istifadəyə veriləcəyi vaxt 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulmuş beş kilometrlik dəhlizin Laçın şəhərindən cənuba “köçürülməsi” ilə əlaqədardır.

Xatırladaq ki, keçmiş Laçın-Xankəndi yolu Dığ kəndindən Ermənistanla birləşirdisə, yeni yolun birləşdirilməsi artıq qonşu Kornidzor kəndindən keçir.

Ötən ilin avqustunda Ermənistan yolun öz ərazisindən keçən hissəsinin tikintisini başa çatdırmadığına görə Azərbaycan tərəfi ona 2023-cü il aprelin 1-dək köhnə yolun köhnə hissəsindən (Həkəri körpüsü ilə Dığ kəndinədək) istifadəyə müvəqqəti icazə verib.  
Bu müddətdən sonra Azərbaycan ordusu bu yolu, eləcə də Ermənistanla sərhədin Dığ kəndi istiqamətindən keçən hissəsini bağlayıb.

Erməni tərəfi iddia edir ki, sovet dövründən qalma xəritələrə görə, Azərbaycan ordusunun yeni mövqeləri Ermənistan ərazisindən bir neçə yüz metr aralıda yerləşir. Məhz bu mövqelərin koordinatlarının dəqiqləşdirilməsi ilə bağlı mübahisələr fonunda aprelin 11-də toqquşmalar baş verib.

Arqam Ovsepyan deyir ki, azərbaycanlılar kəndin ətrafında 13 post yaradıb. Onun sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar davam etmir. Bundan əvvəl bu əraziyə xüsusi təyinatlı ordu korpusunun komandiri, polkovnik Armen Gözəlyan rəhbərlik edib.

Amma aprelin 11-də hərbi eskalasiya nəticəsində Gözəlyan ağır yaralanıb və hazırda xəstəxanadadır.

Erməni politoloq Andrias Qukasyan hesab edir ki, Tex kəndi yaxınlığında eskalasiya avropalı müşahidəçilərin missiyasını gözdən salmağa yönəlmiş kampaniyanın bir hissəsidir.

Onun fikrincə, bu kampaniyanın arxasında Rusiya hakimiyyəti dayanır və onun məqsədlərindən biri ictimai rəyə və Rusiyanın Ermənistanda hakimiyyəti dəyişə biləcək avropapərəst siyasi qüvvənin formalaşmasının qarşısını almaq istəyinə nəzarət etməkdir.

“Cavab verilməsə, Avropa missiyası nüfuzdan düşəcək və Avropa İttifaqı Ermənistan xalqının inamını itirəcək və bu, cəmiyyətin birləşməsi və konsolidasiyası üçün maneələr yaradacaq. Rusiya istəyir ki, erməni cəmiyyəti Ermənistan-Rusiya münasibətlərinin alternativinə inamsızlıqla yanaşsın”, deyə Qukasyan müsahibəsində vurğulayıb.
Siyasi müşahidəçi Naira Ayrumyan da bildirib ki, Aİ missiyasına qarşı məqsədyönlü informasiya kampaniyası aparılır:

“Aİ missiyası nüfuzdan düşür, onun regiondan çıxarılmasına cəhdlər edilir. Eyni zamanda Qərb anlayır ki, Ermənistandan çıxsa, həm Cənubi Qafqazı, həm də Yaxın Şərqi tərk edəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO