Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında yarışmaqdan imtina edən Azərbaycan millisi vətənə qayıdıb.
Bizim.Media xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri - nazir Fərid Qayıbovun müavini Marian Vasilyevna, İdman şöbəsinin müdiri Elnur Məmmədov, idmançıların yaxınları, jurnalistlər və idmansevərlər qarşılayıblar.
MÖVZU İLƏ BAĞLI:
İrəvanda Azərbaycana qarşı TƏXRİBAT: Bayrağımızı yandırdılar - FOTO/VİDEO
Azarkeşlər bu zaman müxtəlif şüarlar səsləndiriblər.
Xatırladaq ki, qitə birinciliyinin dünən keçirilən açılış mərasimində ölkəmizə qarşı təxribat edilməsi - Azərbaycan bayrağının yandırılması səbəbindən ağır atletlərimiz Avropa çempionatında yarışmaqdan imtina ediblər.