Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş konfrans KEÇİRİLDİ - FOTO

Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş konfrans KEÇİRİLDİ - FOTO

Hazırda oxunan: Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş konfrans KEÇİRİLDİ - FOTO

130952

Göyçayda Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş konfrans keçirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, rayonun Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konfrans keçirilib.

Konfransda rayon icra hakimiyyəti başçısının müavini Zivər Zeynalova, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Sahib Şükürov, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Atəş Salahov, Respublika Psixologiya Mərkəzinin klinik psixoloqu Nural Ayxan, rayonda fəaliyyət göstərən ictimai təşkilatların, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər bildirib ki, bu il xalqımız, ölkəmiz üçün əlamətdar bir ildir. Ölkə başçısı İlham Əliyev tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunduğunu, həm də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırılıb.
Həmçinin akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçməsindən və əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verməsindən bəhs edilib.

Bildirilib ki, akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir.

Həmçinin Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. 

Digər çıxış edən natiqlər Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verərək xatirəsinin qəlblərdə əbədi yaşayacağı bildirilib.

Konfransın sonunda akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş qısa videoçarx nümayiş olunub.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO