Qışda donan şəlalələr əriyir, suyu isə azalır.
Baharın gəlişi ilə Qubada qış aylarında donan təbii şəlalələrin donu əriyir.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, Quba rayonunun Afurca kəndi ərazisində yerləşən məşhur eyni adlı şəlalə və Qonaqkənd yolunun Kunxırt kəndindən keçən hissəsindəki şəlalə artıq qış buzlarından əriyib.
Amma Afurca şəlaləsinin yaz görünüşü indi təəssüf doğurur.
Quba İH başçısının Giləzi İƏD üzrə nümayəndəsi Səbuhi Cəfərov sözügedən şəlalələrdə su səviyyəsinin azaldığını qeyd edib.
Çünki qış aylarında Qubanın dağ və yaylaqlarına qar yağmaması hazırda özünü çaylarda az sululuğun olmasında göstərir. Bu da yay aylarında quraqlıq olacağından xəbər verir. Sakinlərin ümidi təbiətə, yaz yağışlarınadır. Bir müddət əvvəl ölkədə qeydə alınan yağıntı çaylarda sululuğu artırsa da, son günlər yenidən azalma müşahidə edilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
11:32 / 15.04.2023
Quba şəlaləsinin suyu niyə AZALIR? - FOTO
Hazırda oxunan: Quba şəlaləsinin suyu niyə AZALIR? - FOTO
Hazırda oxunan: Quba şəlaləsinin suyu niyə AZALIR? - FOTO
130894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.