Bu günə olan hava proqnozu

Bu günə olan hava proqnozu

Hazırda oxunan: Bu günə olan hava proqnozu

13089

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən havanın temperaturu Bakıda və Abşeron yarımadasında gündüz 4-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında da  hava şərait əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 

Havanın temperature gündüz 7-11 dərəcə isti, dağlarda 0-5 dərəcə şaxta olacaq. 

Tibbi-meteoroloji proqnoz

Fevralın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO