Tovuzda qəbristanlıqlardan oğurluq edən şəxs saxlanıldı - FOTO 

Tovuzda qəbristanlıqlardan oğurluq edən şəxs saxlanıldı - FOTO 

Hazırda oxunan: Tovuzda qəbristanlıqlardan oğurluq edən şəxs saxlanıldı - FOTO 

130886

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qəbristanlıqlardan silsilə oğurluq etməkdə şübhəli bilinən rayon sakini Mehman Hüseynov saxlanılıb. 

Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Qeyd edilib ki, araşdırmalar zamanı həmin qəbristanlıqlardakı mərmər sexlərinin birində işləyən M. Hüseynov cari ilin müxtəlif vaxtlarında 15-ə yaxın qəbir daşının yanındakı mərmər güldanları oğurlayaraq digər mərmər sexlərinə satıb. 

Şübhəli şəxsin anoloji cinayətlər törətməsi istisna olmadığında faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO