DİQQƏT: Azneft dairəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞACAQ

DİQQƏT: Azneft dairəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞACAQ

Hazırda oxunan: DİQQƏT: Azneft dairəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞACAQ

130877

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tikinti işləri ilə bağlı açıqlama yayıb. 

Şirkətdən Bizim.Media-ya verilən məlumata görə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqlar çərçivəsində trekin keçdiyi yollarda quraşdırılma işlərinə davam edir. 

Belə ki, 15 aprel gecə 22:00-dan etibarən tribunanın quraşdırılması səbəbindən Azneft dairəsində nəqliyyat zolağının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşacaq. Burada bütün istiqamətlərdə nəqliyyatın hərəkəti yol polisi tərəfindən tənzimlənəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO