Bacısının tiktoker qızını öldürən şəxsin ittihamı ilə bağlı YENİ DETALLAR - FOTO

Bacısının tiktoker qızını öldürən şəxsin ittihamı ilə bağlı YENİ DETALLAR - FOTO

Hazırda oxunan: Bacısının tiktoker qızını öldürən şəxsin ittihamı ilə bağlı YENİ DETALLAR - FOTO

130802

Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən Vüqar Bədəlovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Bizim.Media Pravda.az-a istinadən xəbər verir ki, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyib.

Şikayət hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmə də kassasiya şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə 2021-ci il mayın 9-da saat 6 radələrində Göyçay rayonu, Bığır kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib.

İttihama görə, dayı bacısı qızını namus söhbətinə görə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb.

Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da qızın bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb.

Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb. İstintaq orqanı tərəfindən V.Bədəlovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Xatırladaq ki, V.Bədəlov ifadəsində F.Məmmədovanın “TikTok” sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO