Fazil Mustafanın son durumu AÇIQLANDI – FOTO 

Fazil Mustafanın son durumu AÇIQLANDI – FOTO 

Hazırda oxunan: Fazil Mustafanın son durumu AÇIQLANDI – FOTO 

130787

"Fazil Mustafanın çiynindəki yara ciddidir, tam sağalması beş-altı aya çəkə bilər".

Bizim.Media xəbər verir ki, bu sözləri deputatı ziyarət edən həkim-fitoterapevt, infeksionist Fizuli Hüseynov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili: “Yoldaşım qapını açanda dedim ki, məni vurdular” - VİDEO


Sosial şəbəkə hesabında millət vəkilini ziyarət etməsilə bağlı paylaşımında həkim bildirib ki, güllə F.Mustafanın çiynindən 2 santimetr yuxarı dəysəydi, çox ciddi həyati problem ola bilərdi.

Qeyd edək ki, millət vəkilinə sui-qəsd hadisəsi martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb. Belə ki, Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Xatırladaq ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədar Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.










Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO