Xəbər verdiyimiz kimi, Masallı rayonunun yeni Ələt-Astara magistral yolunun Şərəfə kəndi istiqamətində ağır yol qəzası baş verib.
Bizim.Media-nın cənub bürosu xəbər verir ki, baş verən qəzada yaralanan şəxsin kimliyi müəyyənləşib.
MÖVZU İLƏ BAĞLI:
Masallıda iki yük maşını toqquşub – Yaralılar var
Qəzada yaralanan TIR sürücüsü Rusiya Federasiyası Dağıstan Respublikasının sakinidir.
Sözügedən şəxs - 1990-cı il təvəllüdlü Maqomedsadiq müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu