Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.
Bizim.Media xəbər verir ki, Məcnun Məmmədov 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə-Audit ixtisası üzrə bakalavr təhsili alıb. O təhsilini Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində davam etdirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanın yeni kənd təsərrüfatı naziri təyin EDİLDİ - FOTO
M.Məmmədov 2002-2015-ci illərdə bir sıra özəl şirkətlərdə çalışıb.
2015-ci ildən etibarən isə “PMD GROUP”-da çalışmağa başlayıb. 2017-ci ildə bir neçə ay müddətində “PMD GROUP” direktorunun 1-ci müavini kimi fəaliyyət göstərib.
2018-ci ildən başlayaraq, “Agro-Food” MMC-də çalışmağa başlayıb. 2022-ci il aprelin 7-də isə o, “Grand-Agro” MMC-yə rəhbər təyin edilib.
Bizim.Media