Masallıda iki yük maşını toqquşub – Yaralılar var

Masallıda iki yük maşını toqquşub – Yaralılar var

Hazırda oxunan: Masallıda iki yük maşını toqquşub – Yaralılar var

130675

Masallıda iki ağır tonajlı yük maşını toqquşub, xəsarət alanlar var.

Bizim.Media-nın cənub bürosu xəbər verir ki, hadisə yeni Ələt-Astara maqistral yolunun Masallı rayonunun Şərəfə kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, mişar daşı daşıyan "Kamaz" markalı yük maşını ilə TIR toqquşub. 

İlkin məlumata görə, qəzada iki nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanların şəxsiyyəti müəyyənləşdirilir.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO