“Heydər Əliyev İli” çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə hərbi hissənin zabit və əsgərlərinin 44 günlük Vətən Müharibəsində ermənilərin atdığı “Smerç” tipli raket nəticəsində dağılan evin yerində yaradılmış muzeyə ekskursiya təşkil olunub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon rəsmiləri 44 günlük Vətən Müharibəsində Tərtər rayonuna dəymiş ziyan barədə gənc əsgərlərə məlumat verib.
Qeyd olunub ki, ev muzeyinin yaradılmasında məqsəd gələcək nəsillərə ermənilərin törətdikləri vandalizmi çatdırmaqdır.
Bundan sonra hərbçi rayon sakinləri arasında şahmat turniri təşkil olunub. Turnirin qaliblərinə mükafat və fəxri fərmanlar təqdim edilib.
Sonda xalqla ordunun birliyini təcəssüm etdirən xatirə fotoları çəkilib.
Elgün Gəncimsoy, Bizim.media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:47 / 13.04.2023
N saylı hərbi hissənin əsgər və zabit heyəti Tərtərdə ekskursiyada oldular - FOTO
Hazırda oxunan: N saylı hərbi hissənin əsgər və zabit heyəti Tərtərdə ekskursiyada oldular - FOTO
Hazırda oxunan: N saylı hərbi hissənin əsgər və zabit heyəti Tərtərdə ekskursiyada oldular - FOTO
130639
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.