Kürdəmirdə kişi tanış qadına taxta parçası ilə xəsarət YETİRDİ 

Kürdəmirdə kişi tanış qadına taxta parçası ilə xəsarət YETİRDİ 

Hazırda oxunan: Kürdəmirdə kişi tanış qadına taxta parçası ilə xəsarət YETİRDİ 

130636

Kürdəmir sakini tanışı olan qadına taxta parçası ilə ağır xəsarət yetirib. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakini Hüseynov Elnur Alik oğlu aralarında yaranan mübahisə zəminində tanışı, rayon sakini 34 yaşlı Əhmədova Aytən İlqar qızına taxta parçası ilə baş nahiyəsinə bir neçə dəfə ağır zərbə endirib. 

Ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılan zərərçəkən həkim nəzarətinə götürülüb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. 

Hazırda fakt araşdırılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO