Prezident:

Prezident: "Küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır" - YENİLƏNİB

Hazırda oxunan: Prezident: "Küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır" - YENİLƏNİB

13063

“Mən bizim sonuncu görüşlərimizi - ötən ilin yanvar ayında Davosdakı görüşü və həmçinin ötən il videokonfrans vasitəsilə təşkil olunmuş görüşü xatırlayıram. Çox şadam ki, sizin şirkətlə Azərbaycandakı tərəfdaşlarınız arasında əməkdaşlıq çox uğurla davam edir. Davosda razılaşdırdığımız kimi, siz ölkəmizdə çox mühüm layihələri həyata keçirirsiniz. Biz bütün müzakirə etdiklərimiz və razılığa gəldiyimiz məsələləri icra edirik”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.

Azərbaycan Prezidenti Bakıda, Sumqayıtda və Şamaxıda küçələrin işıqlandırılması layihəsinin uğurla davam etdiyini, yaxşı nəticələr əldə olunduğunu, elektrik enerjisinin qənaətinin yaxşı səviyyədə olduğunu bildirib: 

“Bu, çox mühümdür, çünki bizim ötən dəfə müzakirə etdiyimiz kimi, Azərbaycan şəhərlərinin müasirləşdirilməsi prosesi davam edir. Ona görə də xatırladığınız kimi, Bakıda biz əsas diqqəti küçə işıqları olmayan küçələrə yönəltməyi qərara aldıq.

Sumqayıtda, eləcə də Şamaxıda siz layihəni tamamilə üzərinizə götürdünüz. Əminəm ki, belə şəhərlər daha çox olacaq. Çünki biz artıq yaxşı nəticələr görürük. Biz artıq səmərəliliyi görürük.

Ötən dəfə müzakirə etdiyimiz kimi, biz bu texnologiyaları yalnız küçələrin işıqlandırılması sektorunda deyil, həm də digər sektorlarda tətbiq edə bilərik - xüsusilə azadlıq müharibəsindən sonra Azərbaycan hər şeyin dağıdıldığı azad edilmiş əraziləri artıq yenidən qurmağa başladığı dövrdə. 

Mən dəfələrlə dediyim kimi, biz həmin ərazilərdə çox müasir infrastruktur, o cümlədən “ağıllı şəhərlər”, “ağıllı kəndlər” sistemi yaratmağı planlaşdırırıq.

Hesab edirəm ki, Bakı, Sumqayıt, Şamaxı layihələri sizin şirkətinizin yüksək fəaliyyətini, səmərəliliyini həqiqətən də nümayiş etdirir. Bizim yeni planlarımız var.

Biz artıq digər böyük şəhərlərlə və əlbəttə ki, işğaldan azad olunmuş ərazilərlə bağlı bu planları müzakirə etmişik.

Biz hər bir şəhərin yenidən qurulması üçün baş plan hazırlayırıq və küçələrin işıqlandırılması bunun mühüm bir hissəsi olacaqdır”. 

Erik Rondolat ölkəmizdə həyata keçirdikləri layihələrdən danışıb Bakı, Sumqayıt və Şamaxıda icra olunan layihələrin aprelin sonunadək yekunlaşacağını qeyd edib. O, ölkəmizdə yeni layihələrin icrasında maraqlı olduqlarını bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də "Signify" (əvvəlki adı "Philips Lighting") şirkətinin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edib.

Bizim.Media xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO