“Bacımı əri ilə qayınanası döyüblər”.
Bizim.Media "lent.az"a istinadən xəbər verir ki, bunu açıqlamasında Ağstafada döyülərək öldürülən 35 yaşlı Günel Məmmədovanın qardaşı Ramin Həsənov deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda DƏHŞƏT: Dərman istəyən arvadını döyərək öldürdü - FOTO
“Bacımın uşağı xəstəlikdən əziyyət çəkir. Ona görə də dövlət onun aylıq dərmanlarının alınması üçün 300 manat müavinət təyin edib. Ailə də hər ay həmin kartdan 260 manatı çıxarıb kreditə verirdi.
Aprelin 8-də bacım Günel əri Məmmədov Ayaz Kərəm oğluna deyib ki, kartdan pul çıxarmağa gedirsən onsuz, elə uşağa dərman da al. Əri də deyib ki, dərman 20 manatdır. Bahadır, necə alım? Həmin məsələyə görə Ayazla anası Güneli döyüblər. Təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbə endiriblər. Bacımın ağzından və qulağından qan gəlirdi”, - R.Həsənov bildirib.
Onun sözlərinə görə, Günel Məmmədova aprelin 8-dən xəstəxanada yatıb:
“Dünən axşam artıq can verirdi. Ağsaqqallar məsləhət etdilər ki, evə gətirək. Bu gün səhər Dağ Kəsəmən kəndində, mənim evimdə vəfat etdi”.
Bizim.Media