Hərbçimizin Ermənistanda işgəncə görməsinə deputatlardan SƏRT REAKSİYA

Hərbçimizin Ermənistanda işgəncə görməsinə deputatlardan SƏRT REAKSİYA

Hazırda oxunan: Hərbçimizin Ermənistanda işgəncə görməsinə deputatlardan SƏRT REAKSİYA

130591

“Azərbaycan əsgərinin vəhşicəsinə döyülməsi, qətldə günahlandırılması erməni xalqının əsil mahiyyətini tam əks etdirir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bildirib.  
 

MÖVZU İLƏ BAĞLI:

Vəhşi erməni xislətinin İÇ ÜZÜ – Yaralı erməni hərbçiyə yardım edən Azərbaycan əsgəri - VİDEO


C.Məmmədovun sözlərinə görə, illər keçib, amma bu xalqın mahiyyəti və xəstə təxəyyülü dəyişməyib və görünən odur ki, heç zaman dəyişməyəcək:

“Ona görə tariximizi yaxşı öyrənib, ciddi nəticələr çıxarmalıyıq. Tarix o zaman təkrarlanmır ki, xalqlar başlarına gələn  faciələri unutmurlar. Azərbaycanlılar heç vaxt ermənilərlə belə vəhşi davranmayıblar, əksinə yaralı erməni əsgərinə ilkin tibbi yardım göstəriblər. Çünki bizim dinimiz, mədəniyyətimiz bizə digər xalqlara qarşı vəhşiliyi təbliğ etmir”.

Deputat bildirib ki, ermənilərin əsgərimizə qarşı göstərdiyi vəhşilik, həm də onu göstərir ki, Ermənistan, erməni xalqı sülhə hazır deyil: 

“Tarixin bütün dövrlərində olduğu kimi, bu gün də erməni xalqı qisas və düşmənçilik hissi ilə yaşayır. Avropa Parlamenti, Fransa və Ermənistanın digər havadarları bu vəhşiliyə münasibət bildirsinlər, bu barbarlığı pisləsinlər. Əsl vəhşilik və barbarlıq budur. Vəhşi, barbar biz yox, ermənilərdir”.
Millət vəkili Musa Qasımlı isə qeyd edib ki, yolu azaraq Ermənistan sərhəddini keçən bir əsgərə işgəncə verilməsi, təkcə Ermənistanın dövlət siyasətinin mahiyyətini deyil, eyni zamanda erməni ünsürünün etnopsixologiyasının göstəricisidir.

O bildirib ki, heç orta əsrlərdə də belə vəhşi hərəkətlər edilməyib:  

“Bu vəhşilik onu sübut edir ki, Ermənistan müasir dünyaya uyuşmayan qurama bir dövlətdir. Bu hərəkətinə görə Ermənistan öz cavabını alacaq. Azərbaycan heç bir zaman belə davranışlar etməyib. Əsirlərə qarşı qeyri-insani hərəkətlərə yol verməyib. Düşünürəm ki, Ermənistanın bu qeyri-insani hərəkətləri insan hüquqlarından danışan beynəlxalq təşkilatlar tərəfindən də lazımi qiymətini alacaq”.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO