BİZİM TƏQVİM: 14 apreldə dünyada nələr olub?

BİZİM TƏQVİM: 14 apreldə dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM: 14 apreldə dünyada nələr olub?

130582

1919-cu il aprelin 14-də Azərbaycan Demokratik Respublikasının parlamenti, Nəsibbəy Yusifbəyli başda olmaqla, 4-cü hökumət kabinetini təsdiq edib.   

Bəs, 14 apreldə daha hansı hadisələr baş verib?                                                 

1.    Amerika Vətəndaş Müharibəsinin bitməsindən 5 gün sonra – 1865-ci ilin 14 aprelində ABŞ prezidenti Abraham Linkoln Cənubi Amerikanın teatr aktyoru Con Uilks Bus tərəfindən başından güllələnib. A.Linkoln bir gün sonra həyatdan köçüb.

2.    1912-ci il aprelin 14-dən 15-nə keçən gecə - saat 23.40-dan başlayaraq dövrün ən iri gəmisi olan “Titanik”  batıb.  “Titanik”in reklamlarında belə yazılmışdı: “Bu gəmini heç cür batırmaq mümkün deyil”. Lakin onun qarşılaşdığı nəhəng buz parçası (aysberq) bu iddianın yanlışlarını ortaya çıxardı: toqquşmadan 5 dəqiqə sonra gəmi batmağa başlayıb. Qəzada 2224 sərnişindən 1513-ü həlak olub.  
3.    1919-cu il 14 apreldə Hindistanın Amritsar şəhərində nümayişləri yatırtmaq üçün ingilis əsgərləri etirazçılara atəş açıb. Silahlı qarşıdurma zamanı 379 adam ölüb, təxminən 1200 nəfər yaralanıb.

4.    14 aprel 1919–cu ildə Nəsib bəy Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökuməti təşkil edilib. Öncəki hökumətlərdən daha geniş tərkibdə olan yeni kabinetdə “Müsavat”la yanaşı, “Əhrar”, sosialistlər, bitərəflər, Rus-Slavyan Cəmiyyəti, hətta erməni nazir də yer almışdı. Xalq Cümhuriyyətinin 4-cü hökuməti əvvəlki kabinetlərə nisbətən daha uzunömürlü olub.

5.    Türkiyə güləşçisi Yaşar Doğu 14 aprel 1947-ci ildə Avropa çempionu olub, ölkənin milli güləş komandası isə üçüncü yeri qazanıb.

6.    14 aprel 1987-ci ildə Türkiyənin Avropa İqtisadi Təşkilatına tam üzvlük üçün müraciət məktubu dövrün dövlət naziri Əli Bozer tərəfindən təşkilatın sədri Leo Tindemansa təqdim edilib.

14 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

1.    Niderland mexaniki və fiziki, işığın dalğa nəzəriyyəsinin müəllifi Xristian Hügens 1629-cu ilin bu günü dünyaya gəlib. X.Hügens London Kral Cəmiyyətinə üzv seçilən ilk əcnəbi alimdir.

2.    Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı və dramaturqu Nəriman Nərimanov 1870-ci ilin 14 aprelində dünyaya gəlib. Qori seminariyasını bitirdikdən sonra Tiflisdə qalıb, müəllim işləyib. 38 yaşında  Odessa universitetinin tibb fakültəsini bitirən Nəriman orada inqilabi fəaliyyətinə görə Həştərxana sürgün olunub.

Rusiya Azərbaycan Xalq Cümhuriyyətini süquta uğradandan sonra - 1920-ci ilin aprelində Nərimanov Azərbaycan Xalq Komissarları Sovetinin sədri seçilib. Çalışdığı müddət boyu Dağlıq Qarabağın rəsmi Moskva tərəfindən Ermənistana verilməsinin qarşısını alıb.  
Nəriman Nərimanovun “Nadanlıq”, “Şamdan bəy”, “Nadir şah” pyesləri, “Bahadır və Sona” povesti, “Pir” hekayəsi Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri sırasındadır.

3.    14 aprel 1907-ci ildə milli səhnəmizin ilk peşəkar aktrisalarından olan Xalq artisti Fatma Qədri doğulub. 

4.    AXC  dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi lll hökümətdə Ticarət və Sənaye naziri vəzifəsini icra etmiş Mirzə Əsədullayev 14 aprel 1936-cı ildə vəfat edib.

5.    Bütün dünyada məşhur olan “Cücələrim” mahnısının müəllifi, Azərbaycanın tanınmış şairi Tofiq Mütəllibov 1929-cu ilin bu günü dünyaya gəlib.

6.    Azərbaycan telejurnalisti Alı Mustafayev 1952-ci ilin bu günü Qazaxda anadan olub. Alı Mustafayev 1991-ci il noyabrın 20-də Qarabağda Qarakənd yaxınlığında vertolyotun erməni terrorçuları tərəfindən vurulması nəticəsində 39 yaşında həlak olub. 

7.    1986-cı ilin 14 aprelində roman, fəlsəfə, siyasət, sosial təcrübələr, avtobioqrafik əsərlər müəllifi, jurnalist Simone de Bovuar vəfat edib. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO