Şimal-Qərb bölgəsində leysan YAĞIB - VİDEO

Şimal-Qərb bölgəsində leysan YAĞIB - VİDEO

Hazırda oxunan: Şimal-Qərb bölgəsində leysan YAĞIB - VİDEO

130571

Bu gün saat 11 radələrindən başlayaraq Balakən və Zaqatala daha sonra Qax, Şəki və Oğuz rayonlarında küləklə müşahidə olunan yağış yağıb, bəzi ərazilərdə dolu müşahidə olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qərb istiqamətindən gələn soyuq və küləkli hava kütləsi Balakən və Zaqatala rayonlarında iki saata kimi davam edib.

Daha sonra eyni hərəkətlə Qax, Şəki və Oğuz rayonlarında külək əsib, leysana çevrilib. Bir sıra ərazilərə dolu da düşüb.

Bölgələrdə bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi təhlükəsizlik baxımından dayandırılıb. 

Belə yağıntılar ilk növbədə çiçək fazasında olan meyvə ağaclarının inkişafına təsir göstərir.  

Hazırda yağıntı daha çox Şəki və Oğuz rayonlarında müşahidə olunur və qismən səngiyib. 
 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO