DTX Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirib – FOTO/VİDEO 

DTX Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirib – FOTO/VİDEO 

Hazırda oxunan: DTX Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirib – FOTO/VİDEO 

130566

“Heydər Əliyev İli” çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən respublikamızın şəhər və rayonlarında keçirilən “Heydər Əliyev və təhlükəsizlik orqanları” adlı növbəti tədbir Lənkəran şəhərində təşkil olunub.

Bizim.Media Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları, şəhid ailəsi üzvləri, ziyalılar və şəhərin ictimai fəalları iştirak ediblər.

Ulu öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunduqdan sonra qonaqlar Heydər Əliyev Mərkəzində dahi rəhbərin mənalı ömür yolunu əks etdirən fotostendlərlə yaxından tanış olublar.

Daha sonra Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Dövlət Himni səsləndirilib.

Giriş nitqi ilə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş tədbiri açıq elan edərək Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycanın Ulu Öndərin rəhbərliyi altında keçdiyi inkişaf yolu, əsasını qoyduğu siyasi kursun ölkə başçısı İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi barədə ətraflı bəhs edib. 

Taleh Qaraşov təhlükəsizlik orqanlarının keçən əsrin 50-60-cı illərində görkəmli dövlət xadimi Heydər Əliyevin gərgin səyləri ilə özünün intibah dövrünə qədəm qoyduğunu, xüsusi xidmət orqanlarının tərkibinin azərbaycanlılaşdırılması, milli təfəkkürlü kadrların təhlükəsizlik təsisatına cəlb edilmələrinin bu orqanların sonrakı fəaliyyətinin uğurlu olmasına zəmin yaratdığını vurğulayıb.
Tədbirdə çıxış edən digər məruzəçilər də öz növbələrində Heydər Əliyevin doğma xalqı və Vətəni yolunda müstəsna xidmətlərindən söhbət açaraq təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı, xüsusən də respublika rəhbərliyinə irəli çəkildiyi vaxtdan sonra canından çox sevdiyi Azərbaycanın işıqlı gələcəyi naminə mühüm addımlar atdığını və bu siyasi gedişlərin nəticəsi özünü bugünkü müstəqil, güclü, dünyanın iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasında önəmli rolu olan Azərbaycanın nümunəsində tapdığını qeyd ediblər.

Tədbirin sonunda DTX-nin Azərbaycan Televiziyası ilə birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin növbəti buraxılışı olan və Ulu Öndər Heydər Əliyevin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi” əməliyyatından bəhs edən sənədli film nümayiş etdirilib.
 









Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO