Zaqatalaya dolu düşdü

Zaqatalaya dolu düşdü

Hazırda oxunan: Zaqatalaya dolu düşdü

130550

Ölkəmizin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti bəzi problemlərə səbəb olub.

Bizim.Media xəbər verir ki, bu gün saat 11-dən 13-dək Balakən və Zaqatala rayonlarında qeyri-sabit hava şəraiti hökm sürüb. İki saat güclü küləklə müşahidə edilən leysan yağıb, bəzi ərazilərə qısamüddətli dolu düşüb. Leysan daha çox Zaqatala rayonunda müşahidə edilib.

Rayon mərkəzinin bəzi ərazilərinə, Yuxarı Tala, Aşağı Tala kəndlərinə və Əliabad qəsəbəsinə dolu düşüb. Dolu meyvə ağaclarına ziyan vurub.

Qeyri-sabit hava şəraiti ilə bağı rayon ərazisində elektrik enerjisinin verilməsində fasilə yaranıb. Yağıntı kəsdikdən sonra saat 13:30-da rayon mərkəzinə elektrik enerjisinin verilməsi bərpa edilib. Rayonun digər ərazilərinə elektrik enerjisinin verilməsi istiqamətində işlər aparılır.
Hava şəraitinin kəskin dəyişməsi nəticəsində yüksək dağlıq ərazilərə qar yağıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO