Məhkumun ölümü ilə bağlı vəzifəli şəxslər barəsində cinayət İŞİ BAŞLANDI 

Məhkumun ölümü ilə bağlı vəzifəli şəxslər barəsində cinayət İŞİ BAŞLANDI 

Hazırda oxunan: Məhkumun ölümü ilə bağlı vəzifəli şəxslər barəsində cinayət İŞİ BAŞLANDI 

130537

Məhkumun cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, 5 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Sübhan Ağayevin cari il 28 fevralda ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 293.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO