Zolaq çəkilib, nişan isə yoxdur – Şəkidə şagirdlərin həyatı TƏHLÜKƏ QARŞISINDA – FOTO

Zolaq çəkilib, nişan isə yoxdur – Şəkidə şagirdlərin həyatı TƏHLÜKƏ QARŞISINDA – FOTO

Hazırda oxunan: Zolaq çəkilib, nişan isə yoxdur – Şəkidə şagirdlərin həyatı TƏHLÜKƏ QARŞISINDA – FOTO

130518

Şəkinin Aşağı Layısqı və Köndələn kənd məktəbləri Şəki-Qax magistral yolunun kənarında yerləşir. Bu təhsil müəssisələrinin qarşısında yola piyada keçidi zolaqları çəkilsə də, yol kənarlarında həmin zolağın olmasını bildirən heç bir xəbərdaredici nişan quraşdırılmayıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu hal məktəblilər üçün təhlükə riski yaradır. Xüsusən yağıntılı və dumanlı havalarda təhlükə riski daha da artır. 
 

MÖVZU İLƏ BAĞLI:

Qaxın ucqar kəndlərinin yolları yenidən qurulur - FOTO


Analoji hal Şəkinin 21 nömrəli tam orta məktəbinin də qarşısında yaşanır. Məktəb avtomobillərin sürətlə şütüdüyü Şəki-Oğuz magistral yolun kənarında yerləşir. Nəinki, uşaqlar hətta böyüklər belə bu yoldan keçərkən çox ehtiyatlı davranmalı olurlar.

Ərazidə dəfələrlə yol qəzaları yaşandığından məktəblilər və onların valideynləri vəziyyətdən çox narahatdılar. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, bu cür ərazilərdə yerləşən təhsil müəssisələri daim nəzarət altındadır. Polis əməkdaşları ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirirlər. 

Nazirlikdən o da bildirilib ki, sözügedən ərazidə vaxtaşırı müayinələr aparılır, zəruri yol nişanları quraşdırılır, piyada zolaqları çəkilir. Eyni zamanda qaydaları pozan sürücülər cərimələnir və maarifləndirici söhbətlər aparılır.
Valideynlər isə bu tədbirlərin təhlükə riskini tam aradan qaldırmaq üçün yetərli olmadığını düşünürlər.





Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO