Goranboyda silah-sursat tapıldı  - FOTO

Goranboyda silah-sursat tapıldı  - FOTO

Hazırda oxunan: Goranboyda silah-sursat tapıldı  - FOTO

130513

Xocalı Rayon Polis Şöbəsinin daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xocalı rayon sakini, Mətləb Məmmədova məxsus, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində yerləşən fermaya baxış keçirilib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, oradan 4 ədəd "F1", 1 ədəd "RQ42", 1 ədəd " RQ5" əl qumbaraları, 3 ədəd qumbara alışdırcısı, 74 ədəd 5.45 mm-lik, 3 ədəd 7.62 mm-lik avtomat patronu, 9 ədəd 7.62 mm-lik pulemyot patronu və 1 ədəd avtomat darağı aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Xocalı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO