"Çayniki götürüb qarnıma söykədim ki, istidən uşaq bişməcə olub düşsün"

Hazırda oxunan: "Çayniki götürüb qarnıma söykədim ki, istidən uşaq bişməcə olub düşsün"

130491
Qadın həyatı ilə bağlı araşdırmaya start verən Moderator.az ”“ ın əməkdaşı bu dəfə daha bir qadının dəhşətli həyat hekayəsini qələmə alıb.

Bu dəfə sizi Lalənin həyat hekayəsi ilə tanış edəcəyik.

Universitetin axırıncı kursundaydım. Məzun olduqdan sonra neçə illik sevgilim olan oğlanla ailə həyatı qurmağı planlaşdırırdıq. Amma, işləri ilə bağlı Türkiyədə olduğuna görə bir ildən çox idi ki, görüşə bilmirdik. Onu həqiqətən sevirdim, elə indi də ürəyimdədi.

Oğlan xəbər yolladı ki, bəs mən işlərimə görə gələ bilməyəcəm...

Qonşumuzun Rusiyada yaşayan oğlu kəndə evlənməyə gəlmişdi. Günlərin bir günü bizim də qapıya elçi gəldilər. Evdəkilərə dedim ki, yox, mən ona ərə gedə bilmərəm. Aramızda yaş fərqi də çox idi, hətta onunla yanaşı getsəydim utanardım. Sevdiyim oğlana xəbər yolladım ki, məni başqasına vermək istəyirlər, gəl bir şey fikirləşək. Ya mənə elçi göndər, ya da gəl məni qaçır. Oğlan xəbər yolladı ki, bəs mən işlərimə görə gələ bilməyəcəm.

Onun bu cavabı məni çox sındırdı. Evdəkilər dedi ki, sənə Rusiyadan elçi gəlmiş adam imkanlıdı: Bakıda evi var, işi var, gəl inad etmə, ailə qur firavan yaşayın. Mən də sevdiyim oğlanın cavabının acığına düşüb dedim ki, evlənəcəm o adamla. Mənə nişan elədilər və çox keçmədi ki, toyumuz oldu.

Toy gecəsi özümə nifrət elədim...

Toy gecəsi özümə nifrət elədim. Adamın sevmədiyi bir adamla ilk gecəni yaşaması o qədər çətindi ki, bir anlıq özümü zorlanmış bir qadın kimi hiss etdim. Toyumuzdan bir neçə gün sonra Bakıya həyat yoldaşımın bir otaqlı evinə köçdük. Bir iki ay yaxşı dolandıq. Sonra mən hamilə qalan kimi, həyat yoldaşım başladı evə gec gəlməyə. Buna görə isə evdə bir neçə dəfə davamız düşdü. Məni hamilə ola ”“ ola döyürdü. Sonradan eşitdim ki, o bir falçı qadınla görüşür.

Çayniki götürüb qarnıma söykədim ki, istidən uşaq bişməcə olub düşsün...

Onunla artıq ayrılmağıma qərar vermişdim. Bir gün o, evdə olmayanda isti çayniki götürüb qarnıma söykədim ki, istidən uşaq bişməcə olub düşsün. Çünki, boşandıqdan sonra, belə bir adamdan övlad istəmirdim. O, evə gələndən sonra dedim ki, məni anamgilə apar. Gedib bir ”“ iki gün anamgildə qaldıqdan sonra vəziyyətim pisləşdi. Anam məni həkimə apardı. Həkimlər məni yoxladıqdan sonra məlum oldu ki, uşaq ana bətnində boğulub ölüb. Mənə narkoz verib uşağı “abort”x9d edib çıxardılar.

Bir il anamgildə qaldım. Bir ilə qədər həyat yoldaşımın adamları çox gəlib ”“ getdilər ki, bizi barışdıralar, amma mən barışmırdım. Bir gün axır ki, məni barışmağa razı saldılar. Həyat yoldaşım söz verdi ki, bundan sonra yaxşı olacaq. Bir neçə il birlikdə yaşadıq, amma həyat yoldaşım dediklərinə əməl etmirdi. Yenə evimizdə söz söhbət yaranırdı. Artıq bu illər ərzində bir qız və bir oğlan övladım dünyaya gəlmişdi.

Məhkəməyə müraciət etdim...

Bu illər ərzində onun düzəlməyəcəyinə qəti qərar verdikdən sonra, boşanmaq üçün məhkəməyə müraciət etdim. O, bunu istəməsə də, biz boşandıq. İndi iki övladımla birlikdə yaşayıram. İndi hiss edirəm ki, mən onunla keçən o illəri yaşamamışam. İndi yenə adamlarını göndərir ki, barışaq və hər şey yaxşı olacaq. Amma, inanmıram və barışmaq belə istəmirəm.

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO