Göyçay rayonu ərazisində 2023-cü ildə yazlıq əkinlərin aparılması işlərinə başlanılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hazırki vaxta qədər ümumilikdə 1030 hektar sahədə yazlıq əkinləri işləri aparılıb, tərəvəz, kartof və bostan əkilməsi, o cümlədən 230 ha. istixana şəraitində yetişdirilən faraş tərəvəz əkinləri nəzərdə tutulub.
Bundan başqa istixana şəraitində yetişdirilən faraş tərəvəz əkinləri davam etdirilir, həmçinin kartof və bəzi tərəvəz bitkilərinin əkinləri işlərinə də başlanılıb.
Yazlıq əkinlərdən 140 hektar sahədə çəltik əkini və 40 hektar sahədə dənlik qarğıdalı bitkisi əkilməsi nəzərdə tutulur. Cari ildə yazlıq əkinlərin ümumi sahəsi 2200 hektardan çox təşkil etməsi gözlənilir.
Qeyd edək ki, rayonun 4813 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi olaraq 2023-cü ilin birinci rübündə ümumilikdə 2 milyon 349 min manat pul vəsaiti əkin subsidiyası olaraq istehsalçıların fermer kart hesabına köçürülüb.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:15 / 12.04.2023
Göyçayda yazlıq əkinlərin aparılması işlərinə start verildi - FOTO
Hazırda oxunan: Göyçayda yazlıq əkinlərin aparılması işlərinə start verildi - FOTO
Hazırda oxunan: Göyçayda yazlıq əkinlərin aparılması işlərinə start verildi - FOTO
130406
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.