Gömrük Komitəsindən ölkəyə gətirilən dərmanlarla bağlı məsələyə REAKSİYA  

Gömrük Komitəsindən ölkəyə gətirilən dərmanlarla bağlı məsələyə REAKSİYA  

Hazırda oxunan: Gömrük Komitəsindən ölkəyə gətirilən dərmanlarla bağlı məsələyə REAKSİYA  

130404

Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir. 

Komitə vətəndaşların diqqətinə çatdırır ki, “Dərman vasitələri haqqında” Qanunun 9.4-cü bəndinə əsasən Azərbaycana gələn və ya xaricə gedən vətəndaşlar şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər, bu zaman heç bir sənəd tələb olunmur. 
“Gömrük orqanları tərəfindən bir sıra hallarda xeyli miqdar və növdə dərman vasitələrinin vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi zamanı miqdar və növ çoxluğuna görə səhiyyə orqanlarının müvafiq sənədinin təqdim olunması tələb edilir. Bəzi hallarda vətəndaşlar şəxsi istifadədən artıq miqdarda dərman vasitələrini ölkə ərazisinə gətirməyə çalışırlar", - deyə məlumatda deyilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO